"Yusi Ko" MMC İlin şirkəti seçildi


"Yusi Ko" MMC şirkəti 2014-cü ildə əldə etdiyi uğurlara görə "İlin şirkəti" (Company of the year 2014") milli mükafatına layiq görüldü.

Aparıcı analitik informasiya jurnalı olan "Consulting Business" tərəfindən təsis edilmiş "İlin şirkəti" milli mükafatının, 2014-cü ilin yekunlarına əsasən dekabrın 10-da "Jumeirah Bilgah Beach" mehmanxanasında təntənəli təqdimat mərasimi keçirildi. Mərasimdə "Yusi Ko" şirkəti "İstilik və Havalandırma sistemləri-HVAC" nominasiyası üzrə "İlin Şirkəti" mükafatı ilə təltif edildi. 

Qeyd edək ki, "Yusi Ko" MMC "Vents" Ticarət Markasının Azərbaycanda eksklyuziv nümayəndəsi olmaqla yanaşı, Danimarkanın "DEVİ", "Danfoss" və Almaniyanın "Zehnder" firmalarınında Azərbaycandakı satış dilleridir. "Yusi Ko" MMC havalandırma və isitmə sistemləri üzrə ən yeni texnologiyaların Azərbaycana gətirilməsində müstəsna rola sahibdir.