Bakubuild 2014 beynəlxalq sərgisində VENTS


22-25 Oktyabr tarixlərində Bakı Ekspro Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq "İnşaat" (“BakuBuild 2014”)  sərgisi keçirildi. Bu il sərgidə 28 ölkədən 500-ə yaxın şirkət öz ekspozisiyalarını nümayiş etdirdi. Artıq neçə ildi ki, VENTSin bir çox məhsullarını Azərbaycandakı təmsilçisi Yusi Ko şirkəti nümayiş etdirir. Bakubuild bir çox tikinti şirkəti rəhbərlərinin, təmsilçilərinin, tikinti-inşaat üzrə satiş təmsilçilərinin. mühəndislərin və xarici şirkətlərin nümayəndələrinin iştirak etdiyi - MDB və Şərqi Avropa üzrə irimiqyaslı inşaat sərgisidir. Ziyarətçilərin illik dövrüyəsi 10000nəfərdi, bu da tədbirin yüksək səviyyədə təşkil edildiyinin göstəricisidir. Qeyd edək ki, son 10 il Azərbaycanın paytaxtı üçün əsil texniki sıcrayış olub - şəhərdə hündür göydələnlər ucaldıldı, böyük ticarət mərkəzləri tikildi və elmi-texniki sənaye inkişafa başladı. Bütün bu obyektlərin rahat işlədilməsində əsas faktorlardan biri onları keyfiyyətli havalandırma sistemi ilə təmin etməkdir. Burada köməyinizə yüksək keyfiyyətli AirVents məhsulları gələcək. Bu səbəbdən 6000 m³/s qədər tutumlu AirVENTS AV 06 sərgidə diqqət mərkəzində oldu. Həmçinin stenddə TwinFresh seriyası, ТТ, ТТ PRO və ТТ Silent-M havalandırma qurğuları nümayiş etdirildi. Bizim təqdimat qonaqlar arasında böyük maraq doğurdu və havalandırma sahəsi üzrə mütəxəssislər tərəfindən müsbət rəylər aldı. Yüksək potensiallı Vents avadanlıqları Azərbaycan telekanallarının diqqətini çəkdi və xəbərlərdə Yusi Ko şirkətinin direktoru Eldar Cahangir oğlu Suvarovla, müasir bir şəhər həyatında havalandırma sistemlərinin əhəmiyyətini əks etdirən müsahibə təqdim edildi. - See more at: http://yusiko.az/1/xeber/details/16#sthash.7NDFg9b6.dpuf